...

Elçin Məsiyev İngiltərə millisinin oyununa təyinat alıb

İdman Materials 10 İyun 2025 14:57 (UTC +04:00)
Elçin Məsiyev İngiltərə millisinin oyununa təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Trend xəbər verir ki,o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xəbər lenti

Xəbər lenti