Bakı.Trend:
“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Bildirilib ki, məntəqə “Gənclik Mall”un ikinci girişində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.
Həmçinin, Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək, yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.