Bakı. Trend:
“Tesla” şirkəti iyunun 12-nə planlaşdırılan kommersiya təqdimatına bir neçə gün qalmış Ostində özünü idarə edən taksinin sınaq mərhələsinə başlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət ilk dəfə şəhərin avtonom nəqliyyat operatorlarının reyestrində “sınaq” statusu ilə peyda olub.
Məlumata görə, bir il ərzində sınaqlar keçirən “Waymo”dan fərqli olaraq, əvvəlcə insan müşahidəçiləri ilə, sonra isə təhlükəsizlik sürücüləri olmadan sınaqlara başlanılıb. Amma xidmətin bu ay tam istifadəyə hazır olacağı şübhə altındadır.
“Tesla” avtonom avtomobil parkını idarə etmək üçün hərəkəti strategiyada dəyişiklik edir. Şirkət daha əvvəl vəd etmişdi ki, 2016-cı ildən bəri satılan milyonlarla “Full Self-Driving” (FSD) avtomobili sürücüsüz idarə olunacaq. İndi “Tesla” Ostinin coğrafi hasarlanmış ərazisi üçün xüsusi olaraq konfiqurasiya edilmiş və uzaqdan idarəetmə ilə dəstəklənən məhdud avtomobil parkına ümid edir.