...

Laçındakı qəbiristanlıqlarda abadlıq işləri aparılır

Cəmiyyət Materials 10 İyun 2025 14:45 (UTC +04:00)
Laçındakı qəbiristanlıqlarda abadlıq işləri aparılır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Laçındakı qəbiristanlıqlarda abadlıq işləri aparılır.

Bunu Trend-ə açıqlamasında "Bakı Abadlıq Xidməti"nin memarı Elnur Abdullayev deyib.

O bildirib ki, Laçın şəhərinin ərazisində dörd qəbiristanlıq mövcuddur.

"Bunlar Yuxarı Laçın, Qarıkaha, Abdallar və şəhər qəbiristanlığıdır.

Mütəmadi olaraq bu qəbirstanlıqlara şəxsi təşəbbüs olaraq xidmət göstəririk.

Laçın Abadlıq Xidməti tərəfindən Novruz bayramı ərəfəsində sakinlərin yaxınlarının məzarlarını ziyarət edəcəyini düşünərək, adıçəkilən qəbiristanlıqlarda köklü təmizlik və abadlıq işlərinə başladıq.

Xidmətimizin şəxsi təşəbbüsünə şəhər sakinləri də qoşularaq, təmizlik və abadlıq işlərində yaxından iştirak etdilər", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti