Bakı. Trend:
Hindistanın əhalisi 1.5 milyard nəfərə yaxınlaşır və gələcəkdə daha 200 milyon nəfər artacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən hazırlanmış hesabatda bildirilir.
"Hindistan hazırda dünyanın ən sıx məskunlaşmış ölkəsidir - təxminən 1.5 milyard əhalisi var. Bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1.7 milyarda qədər artacağı gözlənilir", - hesabatda deyilir.