...

Şerki "Mançester Siti"yə transfer olunub

İdman Materials 11 İyun 2025 02:08 (UTC +04:00)
Şerki "Mançester Siti"yə transfer olunub

Bakı. Trend:

Rayan Şerki "Mançester Siti"yə transfer olunub.

Trend xəbər verir ki, İngiltərə klubu "Lion"un yarımmüdafiəçisinin transferini elan edib. Tərəflər 2030-cu ilə qədər müqavilə bağlayıblar.

Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin "Lion" futbolçunun növbəti transferindən 15% pay alacaq.

Ötən mövsüm Liqa 1-də Rayan 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti