...

Amerikalı müğənni maşını ilə 77 yaşlı pensiyaçını vurub

Dünya xəbərləri Materials 10 İyun 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı kantri müğənnisi Konner Smit maşını ilə piyada keçidindən keçən 77 yaşlı pensiyaçını vurub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayılıb.

Məlumata görə, kantri-ifaçısı Konner Smit həftəsonu Neşvildə ölümcül avtomobil qəzasına düşüb. O, piyada keçidi ilə keçən qadını vuraraq öldürüb. 24 yaşlı müğənni hadisəni törədən zaman “Chevrolet Silverado” markalı pikap idarə edib. Xilasedicilər qadını xəstəxayana çatdırsalar da, o aldığı xəsarətlərin ağırlığından dünyasını dəyişib.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hələlik Smitə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti