...

Bərdədə yaşlı qadın yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb

Hadisə Materials 10 İyun 2025 19:15 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə 50 yaşlı qadın paltar asarkən yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, 1975 - ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.

Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti