Bakı. Trend:
Şimali İrlandiyanın Ballimin şəhərində yetkinlik yaşına çatmamış qızın zorlanmasından sonra miqrantlara qarşı kütləvi etirazlar başlayıb. Aksiya çox keçmədən iğtişaşlara yol açıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yerli sakinlərin dinc şəkildə başladığı nümayiş sonradan kütləvi iğtişaşlara çevrilib. Polis əməkdaşları çılğın izdihamı dağıtmağa çalışsalar da, qarşı tərəf onları daş atəşinə tutub, onların üzərinə alıqşan materiallar atıb.
Toqquşmalarda ərazidəki 4 binaya ziyan dəyib.