...

Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

Cəmiyyət Materials 24 İyul 2025 09:53 (UTC +04:00)
Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq deputat Xanhüseyn Kazımlı bu gün 83 yaşında vəfat edib.

Trend xəbər verir ki, mərhum bu gün Yasamal (Qurd qapısı) qəbiristanlığında dəfn ediləcək.

Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub.

1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.

I, II, III, IV, V çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.

2002-ci ildə Azərbaycan Prezidentin fərmanına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti