Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində 32 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilir ki, onların 68,96%-ni kişilər, 31,04%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında 29,5 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Onların 71,0%-ni kişilər, 29,0%-ni isə qadınlar təşkil edib.
