Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində şəhid Riyad Əliyarovun ailəsini ziyarət edib.
Elnur Rzayev bu günlərdə ailə həyatı quran şəhidin qardaşı Mülküm Əliyarovu və onun xanımını təbrik edib, valideynlərinə gözaydınlığı verib.
İcra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara dövlət tərərfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.
Şəhid atası Mamed Əliyarov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.