...

İşçinin təşəbbüsü ilə olmayan məzuniyyət dövrü orta əmək haqqına təsir etməyəcək

Cəmiyyət Materials 10 Dekabr 2025 12:51 (UTC +04:00)
İşçinin təşəbbüsü ilə olmayan məzuniyyət dövrü orta əmək haqqına təsir etməyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var, lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, təklif edilən yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq.

“Bunlar əmək haqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əmək haqqına bərabər orta əmək haqqı almasına gətirib çıxaracaq.

İş yerinin və orta əmək haqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əmək haqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Əgər bu məbləğ aşağıdırsa, bu zaman sonuncu iş gününə aid əmək haqqı əsas götürülməklə hesablamalar aparılacaq”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti