...

Audiovizual Şuranın iclası keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2025 18:20 (UTC +04:00)
Audiovizual Şuranın iclası keçirilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda müvafiq lisenziyaların verilməsi üçün daxil olan müraciətlər müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilir ki, Audiovizual Şuranın verdiyi universal platforma operatoru lisenziyası ilə fəaliyyət göstərən “Ultel” MMC-nin adının dəyişməsi ilə əlaqədar olaraq, müvafiq lisenziyanın “Ultranet Telco Services” MMC-nin adına (operatorun xidmət adı “Ultranet Telco Services” olmaqla) yenidən rəsmiləşdirilməsi haqqında qərar qəbul edilib.

Daha sonra “CityNet” xidmət adı ilə universal platforma operatoru fəaliyyəti həyata keçirən “Uninet” MMC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi üçün müvafiq müraciətlərinə baxılıb.

Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura “Uninet” MMC-yə televiziya kanallarının adı “CityNet Hits” və “CityNet Premier” olmaqla 2 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının və xidmət adı “CityNetTV” olmaqla sifarişli yayım xidməti provayderi lisenziyasının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti