Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilir

Cəmiyyət Materials 6 Noyabr 2025 11:03 (UTC +04:00)
Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat icbari tibbi sığorta müəyyən edilib.

Qanun layihəsində yuxarıda sözügedən icbari tibbi sığorta haqqının ləğvi və eyni vergitutma obyekti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş yol vergisinin dərəcəsinə əlavə olunması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti