Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faiz artırılmaqla 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
