Əlilliyi olan şəxslərin sosial təminatının əlavə imkanları yaradılır

Cəmiyyət Materials 6 Noyabr 2025 11:09 (UTC +04:00)
Əlilliyi olan şəxslərin sosial təminatının əlavə imkanları yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçiriləcək.

Həmçinin deputatlar, hərbi qulluqçular, məhkəmə və hüquq mühafizə orqanları işçilərin və diplomatik nümayəndəlik və konsulluqlarda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həyat və sağlamlığı dövlət icbari şəxsi sığorta olunacaq.

Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digər istiqamətlərlə yanaşı, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatına da yönəldilir.

Dəyişikliyə əsasən, bu vəsaitin istifadə istiqaməti genişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərə yönəldiləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti