...

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilir

Cəmiyyət Materials 29 Dekabr 2025 14:21 (UTC +04:00)
Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat icbari tibbi sığorta müəyyən edilib.

Qanuna əsasən, yuxarıda sözügedən icbari tibbi sığorta haqqının ləğvi və eyni vergitutma obyekti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş yol vergisinin dərəcəsinə əlavə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti