Bakı. Trend:
Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV geri al"maq mümkün olacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bildirilib ki, kölgə iqtisadiyyatının miqyasının böyük olduğu fəaliyyət sahələrdə dövriyyələrin şəffaflaşdırılması, nağdsız əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların birbaşa iştirakını təmin etmək məqsədilə bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV gerial" mexanizmi tətbiqi ediləcək.
