...

Naxçıvanda işçilərin sosial sığorta haqları dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq

Cəmiyyət Materials 29 Dekabr 2025 14:42 (UTC +04:00)
Naxçıvanda işçilərin sosial sığorta haqları dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında işçilərin məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

  • 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 100 faizi miqdarında;
  • 2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – 80 faizi miqdarında;
  • 2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – 60 faizi miqdarında;
  • 2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – 40 faizi miqdarında.

Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti