Bakı. Trend:
Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı müzakirələr aparılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə “Əhalinin məşğulluğu sahəsində aktual problemlər və qarşıda duran vəzifələr” və “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmələrin keçirilməsi planlaşdırılır.
