Bakı. Trend:
Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhərində şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir.
“Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır”, - deyə məlumatda qeyd edilib.
