...

Xankəndi şəhərinə qayıdış başlayır

Gündəm Materials 21 Yanvar 2026 06:00 (UTC +04:00)
Xankəndi şəhərinə qayıdış başlayır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in məlumatına görə, bu gün Xankəndi şəhərinə ilk köç baş tutacaq.

Xatırladaq ki, 2025-ci il noyabrın 19 və 26-da Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında ilk köçlə bağlı püşkatma olub. Bunun nəticəsində ailələrin hansı bina və mənzillərdə yaşayacağı müəyyənləşib.

Daha sonra 2025-ci il noyabrın 27-də Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən ailələr arasında işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün maarifləndirmə tədbiri keçirilib.

Nəhayət, 2025-ci il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb. Bu mərhələdə qəsəbəyə 115 nəfərdən ibarət 30 ailə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti