...

Avtobuslar gecikə bilər - SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ

Cəmiyyət Materials 21 Yanvar 2026 09:33 (UTC +04:00)
Avtobuslar gecikə bilər - SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir.

Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Qeyd edək ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti