Bakı. Trend:
2025-ci ilin yanvar-dekabr ayları ərzində 157,8 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, bunun 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.
