Bakı.Trend:
Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.
Trend-in məlumatına görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar.
Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
