...

“SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin şikayəti təmin edilmədi

Cəmiyyət Materials 27 Yanvar 2026 17:30 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti