...

Bu, bir nazirliyin deyil, bütün cəmiyyətin iştirakı ilə icra ediləcək sənəddir - Nazir müavini

Cəmiyyət Materials 30 Yanvar 2026 12:24 (UTC +04:00)
Bu, bir nazirliyin deyil, bütün cəmiyyətin iştirakı ilə icra ediləcək sənəddir - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu konseptual sənəd medianın da qoşularaq töhfə verəcəyi bir sənəddir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda keçirilən bilgiləndirmə sessiyası zamanı deyib.

Onun sözlərinə görə, konsepsiya yalnız bir nazirliyin deyil, bütün cəmiyyətin iştirakı ilə icra ediləcək sənəddir:

"Bu yeni konsepsiya mədəniyyətin altı əsas sahəsini əhatə edir. Sənədin hazırlanması prosesində sahə üzrə mütəxəssislər və ziyalılar iştirak edib. Yeni konsepsiya 2014-cü ildə qəbul olunmuş sənəddən məzmun və yanaşma baxımından əhəmiyyətli dərəcədə fərqlənir.

Konsepsiyanın icrası müasir alətlər və mexanizmlər əsasında həyata keçiriləcək. Bu prosesdə rəqəmsallaşma və kommunikasiya əsas istiqamətlərdən biri olacaq. Eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin bu prosesdə aktiv rolu nəzərdə tutulur.

Mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılması da konsepsiyanın əsas prioritetləri sırasında yer alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti