...

Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır – Millət vəkili

Cəmiyyət Materials 10 Fevral 2026 14:14 (UTC +04:00)
Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır – Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ailənin içərisinə daxil olmaq, onun problemlərini oxumaq olmur, amma Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır. Gecəqondularda yaşayan uşaqların vəziyyətini mütləq araşdırmalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, sahibsiz, kimsəsiz uşaqları yerləşdirmək üçün uşaq internat məktəbləri yetərli səviyyədədirmi, biz oraya uşağı göndərə bilərikmi?!

"Uşaq bağçaya getməlidir və bağçada yer yoxdur. Minlərlə uşaq bu hüquqdan məhrumdur, bunu təmin etmək imkanını necə əldə edəcəyik?! İdman komplekslərinin ya qapısı bağlıdır, ya da uşağın yaşadığı regionda idman kompleksi yoxdur. Onu ora daşıyacaq valideynin imkanı da yoxdur. Yaradıcılıq qabiliyyəti olan uşaqlar yaradıcılıq evinə getməlidir. Yaradıcılıq mərkəzi həmin uşağın yaşadığı ərazidən uzaqda yerləşir. Avtobuslar 5 yaşından uşaqlar üçün pulsuz deyil. Valideynin də imkanı olmadıqda istedad hardasa öləcək, parlaya bilməyəcək. Məktəbdə idman zallarının vəziyyəti standartlara uyğun olmayanda uşaqlar orda yetişə bilmir. Məktəblərdə üzgüçülük hovuzları yoxdur, pulsuz üzgüçülük hovuzları tapmaq çətindir. Mən bunları mexanizm tapmaq üçün sadalayıram. söhbət 2,73 milyon kontingetdən gedir. Buna ayrıca nazirliyin bütün imkanlarını səfərbər etmək üçün böyük bir büdcəyə sahib olmaq lazımdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti