...

"VTB Azərbaycan" baş ofisində "Talassemiyasız Həyat" Fonduna dəstək məqsədilə qanvermə aksiyası keçirdi

Cəmiyyət Materials 16 Fevral 2026 14:58 (UTC +04:00)
"VTB Azərbaycan" baş ofisində "Talassemiyasız Həyat" Fonduna dəstək məqsədilə qanvermə aksiyası keçirdi

Bakı. Trend:

13 fevral tarixində "VTB Azərbaycan"ın baş ofisində "Talassemiyasız Həyat" Fonduna dəstək məqsədilə qanvermə aksiyası keçirildi.

Aksiyada 40 bank işçisi iştirak edərək yüksək sosial məsuliyyət və vacib sosial təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını nümayiş etdirdilər. Mütəxəssislərdən ibarət mobil komanda təhlükəsiz, rahat və mütəşəkkil qanvermə prosesini təmin etdilər.

"Bank VTB" cəmiyyətə fayda verən sosial layihələrdə fəal iştirak etməyə davam edir.

Xəbər lenti

Xəbər lenti