Yarım milyon manatlıq dələduzluq işi: Məcburi gətirmə qərarı verildi

Cəmiyyət Materials 2 İyun 2026 16:22 (UTC +04:00)
Yarım milyon manatlıq dələduzluq işi: Məcburi gətirmə qərarı verildi
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı.Trend:

Yarım milyondan çox dələduzluqda təqsirləndirilən sabiq vəzifəli şəxslər- Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə təqsirləndirilən Zaur Mirzəzadə iclasda iştirak etməyib.

Bu hal təkrar baş verdiyi üçün məhkəmə təqsirləndirilən şəxslə bağlı prosesə məcburi gətirmə qərarı qəbul edib.

Məhkəmənin növbəti prosesi 16 iyunda keçirikəcək.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti