Bakı. Trend:
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştirak edib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüş zamanı nazir Xarici İşlər Nazirliyinə rəhbərlik etdiyi ilk 100 gün ərzində əldə olunan əsas nəticələr barədə məlumat verib. Tədbir çərçivəsində səfir Seymur Fətəliyev xarici işlər naziri ilə qısa fikir mübadiləsi apararaq Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb," - deyə paylaşımda bildirilir.