...

"KARVAN" FUTBOL KLUBU İNTERTOTO KUBOKUNUN İLK MATÇINDA POLŞANIN "LEX" KOMANDASINA UDUZUB

Cəmiyyət Materials 21 İyun 2005 13:20 (UTC +04:00)

İD MAN - açıq

"Karvan" futbol klubu "Şəfa" stadionunda keçirilən İntertoto Kubokunun birinci matçında Polşanın "Lex" komandasına1:2 hesabı ilə uduzub. Trend in yaydığı məlumata görə, meydan sahiblərinin meydana lazımi tərkibdə çıxmamalarından istifadə edən rəqib komanda artıq oyunun 24-cü dəqiqəsində hesabı açıb.

Kşiştof Qaytkovskinin vurduğu zərbə hədfə çatıb ki, bunun da nəticəsində polyaklar hesabda üstünlüklə fasiləyə gediblər. Lakin oyunun ikinci hissəsindəYuri Muzıka 62-ci dəqiqədə status-kvo-nu bərpa etsə də , "Karvan" sonadək hesabı heç-heçə saxlaya bilməyib. Oyunun sonuna 7 dəqiqə qalmış hakimlər yevlaxlıların qapısına cərimə zərbəsi təyin edib vəZbiqnev Zakrjevskinin zərbəsi dəqiq olub. Beləliklə, bir həftədən sonra Vidzevdə keçiriləcək cavab matçında "Karvan" yaranmış bir qol kəsirini mütləq aradan qaldırmalıdır.

Xatırladaq ki, milli çempionatda bürünc medalın sahibi olmuş "Karvan" AvropaKubokunda ilk dəfədir ki , iştirak edir.

Xəbər lenti

Xəbər lenti