...

AZƏRBAYCAN ŞAHMATÇILARININ AVROPA ÇEMPİONATININ BEŞİNCİ TURUNDA ÇIXIŞLARI UĞURSUZ OLUB

Cəmiyyət Materials 23 İyun 2005 13:27

Trend-i buradan izləyin

Şahmatçılarımız Varşavada keçirilən şahmat üzrəAvropa çempionatının beşinci turundauğur qazana bilməyiblər. Hər ikisi qara fiqurlarla oynayan T.Rəcəbov və Ş.Məmmədyarovmüvafiq olaraq ukraynalı S.Karyaginə və polyak M.Krasenkova uduzub. Beləliklə, Trend in məlumatına görə, beşinci turdan sonra

Ş.Məmmədyarov və T.Rəcəbov turnir cədvəlində 3.5 xalla 16-cı və 18-ci mövqeyləri bölüşüblər. Turnirdə 4.5 xalla M.Krasenkov, S.Karyakin, V.Milov, İsveçrəni təmsil edən rumın L-D. Nisipeanu liderlik edir. 13 yerdən 5-ni aktivində 4.0 xal olan şahmatçılar bölğşürlər.

Elə bu turda bizim digər qrossmeysterimiz Q.Hüseynov rusiyalı Motılevlə heç-heçə oynayıb və 3 xalla 59 yerdədir. R.İbrahimov və S.Quliyev də öz partiyalarını uduzublar.E.Hüseynov və R.Məmmədov da heç-heçə oynayıb. Bu turda şahmatçılarımızarasında yeganə qələbəni X.Asauskasa (Litva) qalib gəlmiş N. Quliyev əldə edib. E.Hüseynov 2.5 xalla hələlik 118-ci, R.Məmmədov, S.Quliyev, R.İbrahimov və N.Quliyev 2.0 xalla müvafiq olaraq 152-ci,153-cü,158-ci və 169-cu yerdədirlər.

Xəbər lenti

Xəbər lenti