...

AZƏRBAYCANIN YENİYETMƏ FUTBOLÇULARI İTALİYADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ FESTİVALA DƏVƏT ALIBLAR

Cəmiyyət Materials 6 İyul 2005 15:24 (UTC +04:00)

İyulun 11-dən 16-dək Venesiya (İtaliya) şəhərində keçiriləcək yeniyetmə futbolçuların "Gəlin tanış olaq" adlı beynəlxalq festivalında Azərbaycan da təmsil olunacaq. Bu haqda festivalın iştirakçısı, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Murad Məmmədov Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, festivalda iştirak etmək üçün iyunun 9-da İtaliyaya yollanacaq Azərbaycan nümayəndə heyətinə veteran futbolçu Ələkbər Məmmədov başçılıq edəcək.

"Xeyriyyəçilik xarakteri daşıyacaq festivalda Avropanın bir sıra ölkələrinin, o cümlədən İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən gəlmiş yeniyetmə idmançılar iştirak edəcəklər. Festivalda Azərbaycanı məşqçi İslam Kərimovun rəhbərlik etdiyi 11-14 yaşlı yeniyetmə futbolçular təmsil edəcəklər",-deyə Murad Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti