...

AZƏRBAYCAN KUVEYT ÜÇÜN KADRLAR HAZIRLAYACAQ

Cəmiyyət Materials 30 İyul 2005 14:07 (UTC +04:00)

Azərbaycan Kuveyt üçün təbiət elmləri üzrə kadrlar hazırlayacaq. Azərbaycanın təhsil nazirliyində Trend agentliyinə bildirilib ki, müvafiq normativ-hüquqi sənədin layihəsi - idarələrarası saziş bu yaxınlarda baxılmaq üçün Kuveyt təhsil nazirliyinə təqdim edilib.

Azərbaycan daha üç ölkə ilə - Belorus, Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə anoloji sənəd imzalamağa hazırlaşır. Hər üç saziş layihəsi hazırda razılaşdırılma mərhələsindədir.

Azərbaycan artıq bir sıra MDB və xarici ölkələrlə həmin sazişi imzalayıb.

Xəbər lenti

Xəbər lenti