...

KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ İNTERNET-SAYTININ ÜNVANI SADƏLƏŞDİRİLİB

Cəmiyyət Materials 8 Avqust 2005 15:53 (UTC +04:00)

Dövlət Qulluğu İdarəetmə Şurası yanında korrupsiya ilə mübarizə üzrə Komissiyanın saytının internet ünvanı sadələşdirilib.

Trend in məlumatına görə, bu qərar KİV nümayəndələrinin komissiyanın fəaliyyətinə dair məlumatları rahat əldə edə bilmələri məqsədilə qəbul edilib. Bundan sonra www.commission-anticorruption.gov.az ünvanı ilə paralel olaraq yeni www.antikorrupsiya.gov.az ünvanı da fəaliyyət göstərəcək.

Xatırladaq ki, hüquq siyasəti və dövlət quruculuğu üzrə parlamentin daimi komissiyasının sədri, korrupsiya ilə mübarizə üzrə komissiyanın üzvü Əli Hüseynov avqustun 2-də Trend ə müsahibəsində etiraf edib ki, komissiyanın internet portalının bir aydan artıqdır ki, fəaliyyət göstərməsinə baxmayaraq, nəinki sıravi vətəndaşların, hətta KİV nümayəndələrinin onun mövcudluğunadan xəbərləri yoxdur.

"Mən yaxın vaxtlarda URL ünvanının sadələşdirilməsi ilə bağlı məsələ qaldıracağam", - deyə Əli Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti