...

TEYMUR RƏCƏBOVUN PARLAQ QƏLƏBƏSİ

Cəmiyyət Materials 15 Avqust 2005 11:29 (UTC +04:00)

Almaniyanın Mayns şəhərində artıq başa çatmış şahmat festivalında Teymur Rəcəbov parlaq qələbə qazanıb. Trend in məlumatına görə, rapid turnirdə (1-ci partiyada 20 gediş + hər gedişə görə 5 saniyə) şahmatçımız dünya şahmat ictimaiyyətinə bir daha sübut edib ki, o, ümidverici istedadlı gənc yox, şahmat elitasının tam hüquqlu üzvüdür.

Turnir cədvəlinə görə, yarışların birinci günündə iştirakçılar 5, ikinci günündə isə 6 partiya oynayıblar. İlk beş partiyadan sonra Teymur Rəcəbov aktivinə 5 mümkün xal yazdırıb. İkinci gün də onun üçün uğurlu olub. O, 1 partiyanı uduzaraq, 4-də qalib gəlib, sonuncu turda isə rusiyalı qrossmeyster A.Dreyevlə heç-heçə oynayıb.

T.Rəcəbov 11 mümkün xaldan 9.5 xal toplayıb. O, A.Şirov, A.Dreyev, A.Morozev, A.Qrişuku, E.Bakro, P.Xarikrişnu, R.Vaqanyan, L.Aronyan və digər məşhur şahmatçıları qabaqlayaraq bu nüfuzlu turnirin qalibi olub.

Xəbər lenti

Xəbər lenti