...

RUSİYA DÖVLƏT KİTABXANASINDA "AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATI RUSİYADA" ADLI SƏRGİ AÇILIB

Cəmiyyət Materials 23 Avqust 2005 18:18 (UTC +04:00)

(RİA "Oreanda") - Rusiyanın Dövlət Kitabxanasında "Azərbaycan bədii ədəbiyyatı Rusiyada" adlı sərgi açılıb. Burada Azərbaycan ədəbiyyatının ümumi məsələləri və ayrı-ayrı Azərbaycan yazıçılarının yaradıcılığına həsr olunmuş kitablar təqdim olunub.

Sərgilənən kitablar XII əsrdən XX əsrə qədər olan bir dövrü əhatə edir. Sərginin bölmələrindən biri Azərbaycanın zəngin dili, parlaq obrazları və yarıköçəri həyatın orijinal təsviri olan "Dədə Qorqud" eposuna həsr olunub.

Burada Nizami Gəncəvinin, Nəsiminin və Füzulinin əsərləri də nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti