...

İRADƏ AŞUMOVA AZƏRBAYCANI QADINLAR ARASINDA GÜLLƏ ATICILIĞI ÜZRƏ İSLAM ÖLKƏLƏRİNİN İDMAN YARIŞLARINDA TƏMSİL EDƏCƏK

Cəmiyyət Materials 8 Sentyabr 2005 16:36 (UTC +04:00)

Sentyabrın 22-də islam ölkələrinin qadınlar arasında artıq 4-cü ənənəvi idman yarışları çərçivəsində güllə atıcılarının yarışlarına start verilir. Azərbaycan Güllə Atıcılığı Federasiyasından Trend ə verilən məlumata görə, ölkəmizi pnevmatik tapançadan atəş açan İradə Aşumova, idman ustaları Ruhiyyə və Nigar Bağırovalar, həmçinin "Odlar Yurdu" universitetinin jurnalistika fakultəsinin tələbəsi, pnevmatik tüfəngdən atəş açan gənc idmançı Mehriban Məcidova təmsil edəcəklər.

Federasiya nümayəndəsinin sözlərinə görə, idmançılarımızın komandalararası yarışlarda, həm də şəxsi hesabda qızıl medal qazanmaq şansları var. Onların əsas rəqibləri isə qazaxıstanlı idmançılar ola bilərlər.

Xəbər lenti

Xəbər lenti