...

MOSKVA VƏ BÜTÜN RUSİYA PATRİARXININ SƏFƏR PROQRAMI AÇIQLANIB

Cəmiyyət Materials 10 Sentyabr 2005 14:57 (UTC +04:00)

Moskva və Bütün Rusiyanın patriarxı II Aleksinin sentyabrın 14-15-də Azərbaycana səfərinin proqramı açıqlanıb. Bakı və Xəzəryanı ölkələrin yeparxiya nümayəndəsi Sergey atanın Trend ə verdiyi məlumata görə, səfər Azərbaycan prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin dəvəti ilə həyata keçirilir.

Patriarx Bakıya sentyabrın 14-də xüsusi reyslə gələcək. Səfər şəhidlər xiyabanını və keçmiş prezident Heydər Əliyevin məzarını ziyarətlə başalayacaq. Dini lider QMİ-nin sədri A.Paşazadə və Azərbaycanda dini icmaların başçıları ilə görüşməyi planlaşdırır. Aleksi II, həmçinin, şeyxülislamı bu vəzifəyə seçilməsinin 25 ili münasibətilə təbrik etməyi planlaşdırır. Səfər proqramına Bakıdakı kilsələrdən birinə ibadətlə məşğul olmaq da daxildir.

Xatırladaq ki, bu, patriarxın Azərbaycana sayca ikinci səfəridir. O, Azərbaycanda ilk dəfə 2001-ci ilin mayında olub.

Xəbər lenti

Xəbər lenti