Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması sentyabrın 16-da Avropa çempionatında iştirak etmək üçün Xorvatiyaya yola düşüb.
Trend in məlumatına görə, yarış ərəfəsində komanda Moskvada qısamüddətli təlim-məşq toplantıları, eləcə də bir neçə yoxlama görüş keçirib. Faiq Qarayevin yetirmələri sentyabrın 17-də Plolşaya qarşı ilk qrup matçını həyata keçiricəklər.
Ümumilikdə kollektiv yarışa pis hazırlaşmayıb. Komandanın tərkibinə İnessa Qorxmaz və Yelena Şabovtanın daxil olması ilə komandanın oyununun xeyli güclənəcəyi barədə ehtimalları artırır. Bu arada məşqçi qərargahı hesab edir ki, Qran-Pri seçmə yarışlarından sonra ilderlərə verilən fasilə Xorvatiyadakı görüşdə onların xeyrinə olacaq.
Xatırladaq ki, çempionatın yarımfinalına çıxmaq üçün mübarizədə Azərbaycan yığması birinci mərhələdə Almaniya, Rumıniya, Serbiya və meydan sahimbləri ilə görüşməlidir.