...

MDB EKSPERTLƏRİ BİRLİYİN VAHİD TƏHSİL MƏKANININ FORMALAŞDIRILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Cəmiyyət Materials 14 Sentyabr 2005 16:14 (UTC +04:00)

MDB ekspertləri bu gün Minskdə başlanacaq iclasda birliyin vahid təhsil məkanının formalaşdırılması məsələsini müzakirə edəcək.MDB İcra komitəsində İTAR-TASS-ın müxbirinə bildirilib ki, ekspertlər 2006-2010-cu illərdə təhsil sahəsində MDB dövlətləri əməkdaşlığının dövlətlərarası proqramı layihəsini, eləcə də ixtisasartırma və kadrların təkrar hazırlığı sahəsində əməkdaşlığa dair Sazişi razılaşdıracaq.

Proqramın əsas vəzifələri arasında milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması, təhsil keyfiyyətinin razılaşdırılmış idarəedilməsi sisteminin yaradılması kimi məsələlər də vardır.

Həmçinin təhsilin standartlaşdırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi, ali təhsilə dair sənədlərin tanınması və ekvivalentliyi, tələbə, müəllim və elmi işçilərin mübadiləsi kimi məsələlər də ekspertlərin diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti