...

BƏZİ MƏHBUSLARIN ADLARI İŞÇİ QRUPUNUN SİYAHISINDAN ÇIXARILACAQ

Cəmiyyət Materials 15 Sentyabr 2005 18:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Milli Məclisində Qanunvericilik Komissiyasının sədri Əli Hüseynovun sədrliyi ilə hüquq müdafiəçiləri və dövlət orqanlarının nümayəndələrindən ibarət məhbus problemi üzrə işçi qrupunun siyahısına dəyişikliklər və əlavələr ediləcək. Bu barədə Trend ə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Ç.Qənizadə bu dəyişikliyi bəzi məhbuslarla bağlı hüquq müdafiəçiləri arasında yaranmış fikir ayrılığı ilə əlaqələndirir. "Siyahıda elə məhbusların adları var ki, qatı cinayətlər, o cümlədən qətllər törətdiklərinə görə layiqli cəzaya məhkum ediliblər və onların azadlığa buraxılması məqbul deyil.

Ancaq həmin məhbusların adları müəyyən yollarla ümumi siyahıya salınıb. İşçi qrupunun görüşündə əsas diqqət həmin məhbusların adlarının siyahıdan çıxarılmasına yönəldiləcək".

Hüquq müdafiəçisi onu da bildirdi ki, çiyahıya əlavə olaraq Yeni Müsavat Partiyasının fəalı Pirəli Orucovun və "Yeni fikir" Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin adları daxil edilib.

"O cümlədən İşçi Qrupunun üzvləri ömürlük həbsdə olan iş adamı Şəmsi Səmədzadənin azadlığa buraxılması ilə bağlı fikir mübadiləsi aparacaqlar. Ç.Qənizadə: "Bu məhbus ətrafında geniş araşdırmalar aparılıb və məlum olub ki, Ş,Səmədzadənin həbsi sifarişlidir".

Ç.Qənizadənin sözlərinə görə, İşçi Qrupunun görüşü sentyabrın 16-na planlaşdırılsa da hələlik hüquq müdafiəçilərinə bu barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti