...

AZƏRBAYCAN CÜDOÇULARI İSLAM OLİMPİADASINDA MEDAL QAZANIB

Cəmiyyət Materials 30 Sentyabr 2005 12:57 (UTC +04:00)

Azərbaycanın cüdo üzrə yığma komandası bu günlərdə Tehranda keçirilən İslam Qadın Oyunlarında bir neçə medal qazanıb.

Trend in əldə etdiyi ilkin məlumatlara görə, qızıl medalın sahibi 57 kq-a qədər çəki dərəcəsində çıxış edən Kifayət Qasımlova olub. Gənclər arasında Avropa birinciliyinin qalibi olan idmançı final döyüşündə erməni rəqibi üzərində qələbə çalıb. Həmçinin, Mətanət Süleymanova və digərləri də medala layiq görülüblər. Hazırda onların adları dəqiqləşdirilir.

Bundan əvvəl isə yarışda həndbol üzrə yığmamız, güləl atıcılığı üzrə usta İradə Aşumova, eləcə də Gülnar Musayeva (60 kq) və Elmira Babayeva (+60 kq) qələbəni bayram ediblər.

Xatırladaq ki, Oyunlarda Azərbaycan idmanın 9 növü üzrə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti