...

BƏZİ VƏKİLLƏRİN İNTİZAM QAYDASINDA CƏZALANDIRILMASI GÖZLƏNİLİR

Cəmiyyət Materials 7 Oktyabr 2005 14:42 (UTC +04:00)

Oktyabrın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) növbəti iclası keçiriləcək. Bu barədə Trend ə VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.

İclasda VK-nın İntizam Komissiyasının son aylar fəaliyyəti və bəzi vəkillərin intizam qaydasında cəzalandırıması məsələsinə baxılacaq. Bundan əlavə, bir neçə lisenziyalı hüquqşünasın VK-ya üzv olmaq məsələsi də müzakirəyə çıxarılacaq.

F.Nəcəfov: "Sentyabrın 2-dən bu günə qədər VK-ya sənəd vermiş 29 hüquqşünasdan yalnız 10 nəfərinin kollegiyaya qəbulu məsələsinə baxılması nəzərdə tutulub. Bununla yanaşı, vəkillərin imtahanlarını uğurla başa vurmuş, ancaq dövlət qulluqçusu olduqları üçün VK-ya üzv seçilməyən hüquqşünaslardan da bəzilərinin Kollegiyaya üzvlük məsələsi müzakirə olunacaq".

Xəbər lenti

Xəbər lenti