...

Bakıda parlament seçkiləri günü "exit-poll" aparılması məsələsi üzrə treninq-seminar keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2005 17:49 (UTC +04:00)

Oktyabrın 31-də Bakıda Azərbaycan KİV nümayəndələri üçün ölkədə noyabrın 6-na planlaşdırılmış parlament seçkilərində "exit-poll" aparılması və yekunlarının hərtərəfli qiymətləndirilməsi kimi məsələlərə həsr olunmuş treninq-seminar keçiriləcək. Bu barədə Trend ə ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyi (USAID) adından "exit-poll" keçirəcək "PA Consulting Group" şirkətində bildirilib.

Üç saatlıq seminarda "PA Consulting Group" şirkətinin nümayəndələri - doktor Bob Baumgartner (Bob Baumgartner) və doktor Marqaret Kreker (Marqaret Krecker) məruzələrlə çıxış edəcək.

Qeyd edək ki, sorğu Azərbaycanın 65 seçki dairəsində aparılacaq.Hər bir dairədə 15 seçki məntəqəsi üzrə seçiləcək, bunlardan hər birində 2 ekspert olacaq.Nəticədə sorğunun aparılacağı seçki məntəqələrinin ümumi sayı 975 təşkil edəcək.

Qeyd edək ki, "exit poll" xüsusi üsul ilə aparılacaq və buna əsasən xüsusi kompyuter proqramı respondentləri seçəcək. "Exit poll"-da iştirak etmək arzusunu bildirən seçicilər xüsusi anketlər dolduracaq.Bütün cavablar xüsusi yaradılmış "Exit Poll" Əlaqələndirmə Mərkəzinə yönəldiləcək, sorğunun nəticələri isə artıq noyabrın 6-da, axşam məlum olacaq.

Xəbər lenti

Xəbər lenti