...

Gənclər komandası Azərbaycanın basketbol üzrə çempionatında Superliqada iştirakına icazə verilə bilər

Cəmiyyət Materials 1 Noyabr 2005 16:30 (UTC +04:00)

Uşaq Gənclər Basketbol Liqasının (UGBL) perspektivdə Azərbaycan çempionatının Superliqasında oynaya bilər. Bu fikir Azərbaycanın Basketbol Federasiyasının (ABF) Məşqçi Şurasının vitse-prezident A.Qədirovun sədrliyi ilə keçirilən genişləndirilmiş iclasında səsləndirilib.

ABF-dan Trend ə verilən məlumata görə, iclasda Federasiyanın Rəyasət Heyətinin 06.09.2005-ci il tarixdə UGBL-nın yaradılması barədə çıxardığı qərarın yerinə yetirilməsi barədə məsələyə baxılıb. Qərara alınıb ki, cari ilin oktyabrında 10 kollektivin iştirakı ilə keçirilən Bakı birinciliyində ilk altı yeri tutan komandalardan liqa yaradılsın. Beləliklə, noyabrın 13-də start veriləcək ölkədə 1990-91-ci il təvəllüdlü gənclər arasında keçirilən çempionatda "Qaradağ ", "Xətai", "Texsil", "Spartak", komandaları iştirak edəcək.

Təsdiqlənmiş reqlamentə görə, oyunlar hər bazar günü dairə sistemi üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti