...

Romal Amanov: Bizim xeyrimizə titullar danışır

Cəmiyyət Materials 3 Dekabr 2005 13:38 (UTC +04:00)

"ABŞ-a qarşı matç yarışında mən dünya çempionatının finalçısı olmaqda haqlı olduğumu sübut etmək istəyirəm".Bu barədə Trend ə Çindəki dünya çempionatının gümüş mükafatçısı Romal Amanov Çikaqoda amerikalılarla döyüş ərəfəsində bildirib.

Atlet qeyd edib ki, ABŞ-dan olan dəri əlcək üstalarının yüksək səviyyəsi gözə çarpacaq dərəcədə artıb. "Bu ölkənin yığması həmişə əla boksçulara malik olub və rinqin sahibi bu dəfə də bunu sübut etməyə çalışacaq. Lakin bir əvvəlki qələbəni nəzərə alsaq, biz rəqiblərimiz qarşısında psixoloji üstünlüyə malikik", - deyə Romal qeyd edib.

O, həmçinin, bildirib ki, komanda çox gözəl ruh yüksəkliyinə malikdirlər və boksçular amerikalıları doğma divarlar arasında kədərləndirmək niyyətindədirlər. "Bizim xeyrimizə qazandığımız fəxri adlar danışır və biz Çikaqoda uduzmaq niyyətində deyilik", - deyə Romal bildirib.

Xəbər lenti

Xəbər lenti