...

Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 5 Dekabr 2005 12:22 (UTC +04:00)

2005-ci ilin sonuna kimi Türkiyənin təhsil naziri Səlahəddin Dikmen Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil nazirliyindən məlumat verilib.

"Hazırda səfərin həyata keçirilməsi üzrə hazırlıq işlər aparılır. Səfər zamanı təhsil sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır", - deyə nazirlikdə bildirilib.

Bundaş başqa, tərəflər diplomların qarşılıqlı tanınması, elm və texnika sahəsində əməkdaşlıq perspektivləri, kadr, xüsüsilə, tələbə və müəllim mübadiləsi və hər iki ölkənin aparıcı universitetləri arasında birbaşa əlaqələrin qurulması ilə bağlı məsələləri müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti